Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Karaciçin məhkəməsi gələn ilin martında başlayacaq


BMT-nin Müharibə Cinayətləri Məhkəməsi Bosniyanın keçmiş serb lideri Radovan Karaciçə vəkil təyin edib. Məhkəmənin vaxtı isə gələn ilin martına təyin olunub.

Dünən prokurlar tələb ediblər ki, hətta Karaciç özü prosesi boykot etsə də məhkəmə özü ona vəkil təyin edib prosesi başlamalıdır.

Karaciç BMT özünü müdafiə etməyə hazırlaşmaq üçün ona kifayət qədər vaxt verilmədiyi üçün məhkəməni boykot etdiyini bildirir. O, bugünlərdə bildirib ki, özünün iştirakı olmadan prosesi başlamaqla BMT-nin hakimləri onun hüquqlarını pozur.

Keçmiş Bosniya lideri Radova Karaciç müsəlmanlara qarşı soyqırım törətməkdə ittiham olunur.
XS
SM
MD
LG