Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Medvedev General Motorsdan dərs alacaqlarını deyir


Rusiyanın baş naziri Vladimir Putin General Motors-un “Opel”i satmamaq qərarını Amerika biznesinin Avropa ilə ticarətdə “aşağılayıcı davranışı” kimi qiymətləndirib:

- Son anda General Motosun satmaq qərarından imtina etməsi həqiqətən də bizim maraqlarımıza ciddi təsir etmir. Amma bu, ABŞ biznesində öz tərəfdaşları ilə özünəməxsus mədəniyyətlə yanaşmadan xəbər verir.

Bu həftə ABŞ-ın avtomobil nəhəngi General Motors “Opel” avtomobil şirkətini Kanadanın Magna və Rusiyanın Sberbank ortağına satmaq planlarını ləğv etdiyini bildirib.

Putin bildirib ki, onun ölkəsi bu hadisədən nəticələr çıxacaq, amma General Motors-un Rusiyadakı planlarına dəstək verməyə hazırdır.

General Motors “Opel”i satmamaq qərarı ilə birlikdə bu şirkətin Avropadakı zavodlarından 10 000 iş yerini ixtisar edəcəyini də bildirib.

“Opel”in müştərisi olan Kanadanın Magna şirkəti onu alarsa, Almaniyadakı iş yerlərini saxlayacağını bildirmişdi. İndi General Motorsun “Opel”i satmamaq qərarı Almaniyada etirazlara səbəb olub.
XS
SM
MD
LG