Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:54

AzadlıqRadiosu beynəlxalq mükafat aldı


The AIBs award 2009
The AIBs award 2009
Noyabrın 4-də Londonda dünyanın 5 qitəsindən gəlmiş 200-dən çox media liderinin iştirak etdiyi təntənəli mərasimdə Beynəlxalq Yayım Şirkətləri Birliyi 2009-cu ilin ən yaxşı televiziya və radio verilişlərini hazırlayan media şirkətlərinin adlarını açıqlayıb.

AzadlıqRadiosu xəbərlərin ən yaxşı işıqlandırılması nominasiyası üzrə beynəlxalq mükafata - AIB MEDIA EXCELLENCE AWARD mükafatına layiq görülüb. Müsabiqədə radionun 18 mart referendumu günü hazırladığı buraxılış təqdim edilmişdi.

AzadlıqRadiosu Azərbaycan xidmətinin direktoru Kənan Kazımoğlu mükafat münasibətilə radio əməkdaşlarını təbrik edib:

«AzadlıqRadiosu bir daha sübut etdi ki, Azərbaycanda peşəkar jurnalistlər var. Radionun işi beynəlxalq səviyyədə tanınmaqdadır. Azərbaycan xidməti peşəkar, obyektiv, qərəzsiz xəbərlər verməklə öz missiyasını davam etdirir».

Müsabiqədə AzadlıqRadiosu ilə yanaşı BBC World Service, Radio Netherlands, Russia Today, France 24, Radio Canada, Australian Broadcasting Corporation və digər şirkətlərdə iştirak ediblər.

Azərbaycan Xidməti AzadlıqRadiosunun 60 illik tarixində bu mükafata layiq görülən ilk xidmətdir.

AzadlıqRadiosuna mükafatı buna görə verdilər:

18 mart İşdən sonra proqramı (birinci hissə)

18 mart İşdən sonra proqramı (ikinci hissə)

18 mart Kontekst proqramı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG