
Bu haqda məlumatı IFES-in Bakı ofisinin direktoru Daniel Blessinqton AzadlıqRadiosuna belə şərh edib:
- Mən bircə onu deyə bilərəm ki, Azərbaycanda ən azı gələn il yanvarın sonuna kimi qalacağıq. Bundan sonra nə baş verəcəyini deyə bilmərəm. Ümidimiz var ki, parlament seçkilərində burada olacağıq. Gələn həftə biz bu məsələni USAİD-lə növbəti həftələrdə müzakirə edəcəyik.
Məsələyə USAID və ABŞ səfirliyindən şərh almaq mümkün olmayıb.
Noyabrın 3-də Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi Azərbaycandan getməyə qərar verdiyini açıqlayıb. Bəzi mənbələr bunu İnstitutun layihələrini maliyyələşdirən USAID-nin quruma vəsait ayırmaması ilə izah edirlər.