Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 06:20

Dərnəgüldə təmizləmə


Dərnəgül şossesində yerləşən 100-dən çox tikinti materiallarının satışı lə məşğul olan obyektlər yığışdırılacaq. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov noyabrın 3-də göstəriş verib.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov AzadlıqRadiosuna bildirib ki, göstəriş yalnız keçmiş Dərnəgül şossesi, indiki Ziya Bünyadov prospektində asfaltdan 100 metr sağ və solda yerləşən qeyri-qanuni obyektlərə aiddir:

«Bu göstəriş yol qırağında olmayan, malını mağazasının içində satan obyektlərə, tikinti mallarının satışı bazarına aid deyil».

Ə.Bağırovun sözlərinə görə, yol qırağına səpələnmiş satış obyektləri maşınların tıxacına səbəb olur, həmçinin ətrafdakı sakinlər bundan əziyyət çəkirlər:

«Orda yaşayan sakinlər dəfələrlə bizə şikayət ediblər».

Yığışdırılmasına göstəriş verilən obyektlərə Bakının Lökbatan qəsəbəsindəki Binə və Sədərək ticarət mərkəzlərində yerləşmək təklif olunub.
XS
SM
MD
LG