Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:59

Qüdslə bağlı mübahisə danışıqlara daxil edilməlidir


Birləşmiş Ştatlar Fələstin ərazilərində yəhudi qəsəbələrinin tikintisini qanunsuz sayır və buna son qoyulmasını görmək istəyir.

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bu gün Qahirədə Misir prezidenti Hüsnü Mübarəklə görüşdükdən sonra deyib.

Hillari Klinton həmçinin qeyd edib ki, Qüdslə bağlı mübahisə də sülh danışıqlarına daxil edilməlidir.

Qahirə Hillari Klintonun regiona səfərində sonuncu dayanacaqdır.

Səfərdə məqsəd İsrail-Fələstin danışıqlarını bərpa eləməkdir.

XS
SM
MD
LG