Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 21:32

Döyülən sürücü azadlığa buraxıldı

Mehman Əmirquliyev
Mehman Əmirquliyev
Bakı-Xaçmaz yolunun Dəvəçi ərazisində Nəqliyyat Nazirliyi müfəttişlərinin döydüyü sürücü Mehman Əmirquliyev 3 il şərti həbs cəzasıyla azadlığa buraxılıb.

Noyabrın 4-də Dəvəçi rayon Məhkəməsində keçirilən prosesdə hakimin hökmü belə olub.

Mehman Əmirquliyev bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində müfəttişlərdən birini döyməkdə ittiham olunurdu. Onun özü isə əksinə, müfəttişlər tərəfindən döyüldüyünü bildirmişdi.

Mehman Əmirquliyevin müfəttişlər tərəfindən döyüldüyünü əks etdirən videoçarx AzadlıqRadiosunun saytında yayımlanıb.



XS
SM
MD
LG