Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildiriblər ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Noyabrın 3-dək 1718 bələdiyyə üzrə 28 min 826 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 5534 nəfəri qadındır.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 27 min 728 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb və həmin şəxslərin 17 min 437 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 841 bələdiyyə üzrə 7927 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 8045 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər.
Builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.