Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:35

İordaniya Tariq Əzizin yaxınlarına vətəndaşlıq verdi


İordaniya İraqın baş nazirinin keçmiş müavini Tariq Əzinin oğlu Səddama və anası Violet Yusef Nobuda vətəndaşlıq verib. Onlar 2003-cü ildə Amerika İraqa hücum edəndən bəri İordaniyada yaşayırlar. Bundan qabaq Tariq Əzizin böyük oğlu və arvadına da vətəndaşlıq verilmişdi.

Tariq Əziz İraq lideri Səddam Hüseyn devriləndə Amerika ordusuna təslim olub və sonradan insanlıq əleyhinə cinayətlərdə ittiham edilərək həbsə alınıb. Onun 73 yaşı var. Tariq Əziz katolikdir.
XS
SM
MD
LG