Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Müxalifətə xəbərdarlıq edildi


İran polisi deyib ki, müxalifətin noyabrın 4-də “qanunsuz mitinq” keçirmək cəhdinin qarşısı alınacaq.

Həmin gün - Tehranda Amerika səfirliyinin zəbt edilməsinin 30 ili tamam olur. Polis deyib ki, yalnız İran paytaxtında keçmiş ABŞ səfirliyinin binası qarşısında anti-Amerika yürüşü keçirməyə icazə verilir.

Prezident seçkilərində kütləvi saxtakarlıqlara etiraz edən müxalifət liderləri Musəvi və Kərrubi noyabrın 4-də tərəfdarlarını etiraz aksiyalarına çağırıblar.

İran inqilabı vaxtı bir qrup radikal iranlı tələbə Tehrandakı ABŞ səfirliyini ələ keçirmiş və 52 nəfəri girov götürmüşdü.
XS
SM
MD
LG