İranda aparıcı müxalifət lideri Mirhüseyn Musəvinin xanımı hökumətə müraciət edib ki, bu ilin iyununda keçirilən prezident seçkilərində həbs olunan qadınları azadlığa buraxsınlar. Musəvinin xanımı Zəhra Rahnavard bəyanatında deyir: “Hakimiyyət seçkidən bəri həbs olunan bütün məhbusları, xüsusilə də qadınları qeyd-şərtsiz, təcili azad etməlidir”.