Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Elektrik, qaz, su təhcizatında istehlakçıların haqlarına əlavə və dəyişikliklər edildi


Azərbaycan prezidenti İlham Əliyev bu gün Elektroenergetika, qaz təchizati, su təchizati və tullanti sulari haqqinda qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanunlari imzalayib.

Yeni dəyişikliklərə görə, enerji, qaz, su təchizatı müəssisəsi istehlakçıya xidmət göstərməyi aşağıdakı hallarda dayandıra bilər:

- istehlakçının müvafiq yazılı müraciəti olduqda;

- istifadə edilən elektrik, su, qazın sayğacla müəyyənləşən hesabı təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

- təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

- cihazlar standarta cavab vermədikdə;

- məhkəmənin qərarı ilə.

Qanunlara edilən yeniliklərə əsasən istehlakçıya elektrik enerjisi, qaz və suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir.

İşlətdiyi elektrik enerjisi, qaz və suyun dəyərini vaxtında ödəməyən istehlakçının xəttini kəsilməsi digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

İstehlakçı tərəfindən verilən su,qaz, elektrikin dəyəri tam ödənildikdən sonra, təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış enerjinin dəyəri istehlakçıdan tələb oluna bilməz.

Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi təchizat müəssisəsinin hesabına həyata keçirilir.

Elektroenergetika, qaz təchizati, su təchizati və tullanti sulari haqqinda qanunlara edilən əlavələrdə istehlakçı və təhcizat müsəssisə arasında imzalanan müqavilələrərə də dəyişiklik edilməsi – xidmətin keyfiyyəti (elektrik enerjisinin gücü,qazın və suyun təzyiqi və s.) haqda müddəaların salınması tələb olunur.
***
XS
SM
MD
LG