«Dağlıq Qarabağ probleminə dair Rusiyada keçirilən hər hansı tədbirin heç bir əhəmiyyəti yoxdur. Çünki bu dövlət Azərbaycan torpaqlarının işğalında Ermənistan tərəfdən iştirak edib».
Bunu noyabrın 2-də «Dağlıq Qarabağda sülhün əldə olunmasında Rusiyanın rolu» mövzusunda Moskvada keçirilən dəyirmi masanın iştirakçısı, Rusiya İslam Komitəsinin sədri Heydər Camal AzallıqRadiosunun «İşdən sonra» verilişinə deyib.
O bildirir ki, Rusiyanın iştirakçılığı ilə təşkil olunan dəyirmi masalar həmişə birtərəflidir:
«Həmişə ən vacib, mühüm məsələlərdən bəhs olunmur. Məsələn, bu dəyirmi masada heç kim demədi ki, qarabağlılar təkcə orada yaşayan ermənilər deyil, həm də qaçqın olan 1 milyon azərbaycanlılardır. Referendum və digər məsələlər haqda danışanda onları da nəzərə almaq lazımdır».
Heydər Camal hesab edir ki, Rusiya olmasaydı, heç bu vəziyyət də yaranmazdı. Çünki Rusiyanın köməyi olmasaydı, Ermənistan heç vaxt Azərbaycana hərbi müdaxilə edə bilməzdi.
O bildirir ki, indi də Ermənistan qoşunlarından savayı Rusiya qoşunları da Azərbaycan ərazilərində mövqe tuturlar. Və bu barədə heç kim açıq danışmır. Ona görə də bu dəyirmi masadan narazı qalıb:
«Bu dəyirmi masada səslənən fikirlər «kot Leapold» kimi banal danışıqdan başqa bir şey deyildi. Nə ciddi, nə də maraqlı bir təklif eşitdim. Ümumi danışıq, müharibə olmaz, barışmaq lazımdır və sair. Məqsəd sadəcə o idi ki, Rusiya bu prosesdə hakim kimi qalır, maraqlarını qoruyur, Qafqazdan getmək fikrində deyil və bunu nəzərə almaq lazımdır».
Son vaxtlar Rusiya paytaxtında Azərbaycan və Ermənistan təmsilçilərinin görüşləri keçirilir. Oktyabrın 22-də Moskvada iki ölkə deputatlarının, bir neçə gün əvvəl isə media mənsublarının görüşü keçirilib. Əlbəttə ki, Rusiya tərəfinin iştirakı ilə. Görüş iştirakçıları belə müzakirələri əhəmiyyətli hesab edirlər.