Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:50

Protokollar «məqbul zaman çərçivəsində» ratifikasiya edilməlidir


Şavarş Koçaryan, Ermənistan Xarici İşlər nazirinin müavini.
Şavarş Koçaryan, Ermənistan Xarici İşlər nazirinin müavini.
Türkiyə Ermənistanla imzaladığı yaxınlaşma və sərhədlərlə bağlı protokolları “ağlasığan, məqbul bir zaman çərçivəsində” ratifikasiya eləməlidir. Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan AzadlıqRadiosunun Erməni xidmətinə belə deyib. Koçaryan onu da vurğulayıb ki, protokolları əvvəlcə Ankara ratifikasiya eləməlidir.

Ermənistan Xarici İşlər Nazirinin müavini “məqbul zaman çərçivəsi” dedikdə nəyi nəzərdə tutduğunu da dəqiqləşdirib. Koçaryanın sözlərinə görə, konkret günlərlə ölçülən vaxtı yox, konkret şəraitə uyğun vaxtı nəzərdə tutub və beynəlxalq ictimaiyyət özü də bu “uyğun zaman” çərçivəsinin nə olduğunu dəqiq anlayır.

Ermənistan və Türkiyə arasındakı tarixi protokollar oktyabrın 10-da, Sürixdə imzalanıb. Protokollarda ikitərəfli münasibətlərin bərpası, sərhədlərin açılması, mübahisəsli məsələrin həlli nəzərdə tutulur.

Türkiyə rəsmiləri isə bildiriblər ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etməyincə, protokolların təsdiqlənib, sərhədlərin açılması baş verməyəcək.

Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan onu da vurğualyıb ki, "protokolların imzalanması Dağlıq Qarabağ problemi üzündən çətinə düşməməlidir, bu proseslərin bir-birinə dəxli yoxdur".
XS
SM
MD
LG