Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Kərzai seçkiylə bağlı istənilən qərarı qəbul edəcəyini deyib


Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, Müstəqil Seçki Komissiyasının təkrar prezident seçkisiylə bağlı istənilən qərarını qəbul edəcək.

Həmid Kərzai bunu Azadlıq Radiosuna müsahibəsində deyib.

Seçki noyabrın 7-də keçirilməlidir.

Prezidentliyə namizəd Abdulla Abdulla bundan bir qədər əvvəl seçkidə iştirak etməyəcəyini bəyan edib.

O bildirib ki, indiki şəraitdə seçkinin ədalətli olacağına təminat yoxdur.

Seçkinin ikinci mərhələsində indiki prezident Həmid Kərzaiylə Abdulla Abdulla mübarizə aparmalıydı.
XS
SM
MD
LG