Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:26

Ukraynada donuz qripinə görə məktəblər bağlandı


Ukraynada donuz qripindən ilk ölüm halı rəsmi təsdiqlənəndən sonra Ukrayna hökuməti məktəbləri bağlayıb, ictimai – kütləvi tədbirlər ləğv olunub.

Baş nazir Yuliya Timoşenko hökumətin təcili iclasını çağırıb və bildirib ki, adamların xüsusi zərurət olmadan regionlararası hərəkətinə məhdudiyyət qoyan sistem tətbiq olunacaq.

Ukraynanın səhiyyə nazirliyi təsdiqlədi ki, Qərbi Ukraynada oktyabrın ortalarında şübhəli 30 ölümdən biri məhz H1N1 virusundan baş verib.
Həmin şəxs sətəlcəmdən ölmüşdü.
XS
SM
MD
LG