Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

«Azərbaycan Avropa bazarını itirə bilər»


«Bizim Yol»: Bir neçə gün öncə Türkiyə İranla təbii qaz nəqli ilə bağlı nəhəng saziş imzaladı. Sazişə əsasən, Türkiyə, İranın təbii qaz ehtiyatı baxımından ən zəngin bölgəsi olan Güney Fars bölgəsində geoloji axtarış işləri aparacaq. Müqaviləyə görə Ankara 4 il müddətinə çıxarılacaq qazdan 35 milyard kub metr pay alacaq.

Layihədə həmçinin İran və Türkiyə arasında qaz boru xəttinin çəkilməsi də nəzərdə tutulur.
Bu arada Azərbaycanla Türkiyənin təbii qazın qiymətilə bağlı danışıqların dalana dirənməsi ərəfəsində belə böyük qaz sazişinin imzalanması, qardaş dövlətin qazımızdan imtina etməsinə gətirib çıxara bilər.

Hazırkı durumu dəyərləndirən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Türkiyənin bölgədə kifayət qədər aktiv və böyük bir siyasət yürütməyə başladığını söylədi.

Lakin iqtisadçı əlavə etdi ki, bu siyasi oyunların fonunda Azərbaycan hökumətinin qazla bağlı yürütdüyü siyasət nəticəsində ölkə böyük risk altına düşür: «Bu siyasi oyunlar fonunda Azərbaycanın enerji ilə bağlı atdığı addımlar, xüsusilə Rusiyaya meyl göstərilməsi, Türkiyə ilə münasibətləri gərginləşdirməsi yaxşı nəticələrə gətirib çıxarmayacaq. Türkiyəyə satılan güzəştli qazın üzünə çırpılması, bunun əvəzində isə türk nazirin borcun ödəməsi ilə bağlı bəyanatı ciddi hadisələrdən xəbər verir. Türkiyənin İranla münasibətlərinin yumuşalacağı təqdirdə Azərbaycanın öz bazarlarını itirməsi təhlükəsi yaranır. Əgər sözügedən saziş baş tutarsa, Rusiya qazının Avropaya ixrac imkanları azalacaq. O zaman da şimal qonşumuz Azərbaycan qazını almaya bilər. Belə olan təqdirdə Azərbaycan Türkiyə bazarını da itirmiş olacaq. Belə bir siyasətin fonunda ölkəmiz üçün çətin zamanlar başlaya bilər».

«Azadlıq»: «Türkiyə ilə sözdə deyil, əməldə müttəfiq olmaq lazımdır»

Qəzetə müsahibəsində AXCP sədri Əli Kərimli belə deyib.

AXCP sədri Əli Kərimli bildirib ki, əgər dövlət başçısı Türkiyə ilə əlaqələri genişləndirməkdə bu dərəcədə maraqlı idisə, nədən bu müddət ərzində Türkiyəyə səfər təşkil etməyib: «Gec də olsa, Azərbaycan hakimiyyəti öz səhvini düzəltdi və Türk Şəhidliyindəki bayraqlar geri qaytarıldı. Heç olmasa Azərbaycan Türkiyə münasibətlərindəki bu xoşagəlməz bayraq krizisi arxada qaldı. Azərbaycanla Türkiyə yalnız sözdə deyil, işdə və əməldə strateji müttəfiq kimi davranmalıdırlar. Bunun üçün də dövlətlər çox ciddi dialoq içində idarə olunmalıdır. Təkcə Ermənistana münasibətdə deyil, ümumiyyətlə ölkənin qlobal seçimi ilə bağlı vaxtaşırı Azərbaycanla Türkiyə arasında məsləhətləşmələr olmalıdır. Bu məsələhətləşmələri isə Azərbaycan tərəfindən həyata keçirməli olan şəxs İlham Əliyevdir».

«Yeni Azərbaycan»: «Birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik»

Moskvada, «Yunost» mehmanxanasında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olub. RAGT-ın sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması münasibətilə onları təbrik edərək bildirib ki, Rusiya ali məktəblərində təhsil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı bazadır.

Onun sözlərinə görə, təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək də vacibdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məhz bu məqsədlə yaradıldığını xüsusi vurğulayan Leyla Əliyeva, qurumun Rusiyanın 60 regionundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açıb.
XS
SM
MD
LG