Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

Rusiya Marsa uçmaq üçün kosmik gəmi inşa edəcək


Rusiya Marsa və başqa planetlərə uçmaq üçün nüvə yanacağı ilə işləyən kosmik gəmi inşa edəcək. Rusiyanın Federal Kosmik Agentliyinin rəhbəri Anatoli Perminov oktyabrın 29-da keçirilən hökumət iclasında belə təklif irəli sürüb. Perminov bir gün əvvəl də bu təklifini səsləndirmişdi, ancaq nüvə yanacaqlı gəminin nəyə lzım olduğunu bildirməmişdi.


OKtyabrın 29-da bu təkliflə tanış olan Rusiya prezidenti Dmitri Medvedev planı dəstəkləyib və onun icrası üçün maliyyə vəsaiti tapmağı tapşırıb.

Anatoli Perminovun sözlərinə görə, planetlərarası gəminin ilkin dizaynı 2012-ci ildə hazır ola bilər. 2021-ci ilə ilə isə gəmini tam olaraq istifadəyə vermək olar. Bütün bu işlərə isə təxminən 600 milyon dollar tələb olunur.

Ətraf-mühitin mühavizəsi ekspertləri isə nüvə yanacaqlı komisk gəmi layihəsinə qarşı çıxırlar. Belələrinin fikrincə, nüvə yancağının qalıqları Yer atmosferinə səpələnə bilər və fəsadlar ortaya çıxa bilər.

XS
SM
MD
LG