Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:36

İran Qərbin nüvə proqramıyla bağlı təkliflərini cavablayıb


İran nüvə proqramıyla bağlı danışıqlarda Qərb dövlətlərinin verdiyi təklifə cavab yollayıb. İranın İSNA Agentliyinin xəbərinə görə, cavab Beynəlxalq Atom Enerjisi Agentliyinə göndərilib. İranın Agentlikdəki nümayəndəsi Əli Əsgər Soltani deyib ki, İran Qərb dövlətlərinin təkliflərinə texniki və iqtisadi şərlərinə bəzi düzəlişlər edilməsini xahiş eləyib.

Qərb dövlətləri İrana artıq müəyyən səviyyəyə qədər zənginləşdiryi uranı Rusiya və Fransaya göndərib- əvəzində ordan nüvə reaktoru üçün hazır uran yanacağı almağı təklif eləyib.

Günün əvvəlində Prezident Mahmud Əhmədinejat bildirmişdi ki, İran Rusiya, Fransa və ABŞ-la bu təklif üzərində əməkdaşlığa hazırdır, ancaq, gərək qarşı tərəf də üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalsın.
XS
SM
MD
LG