Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:15

Təhlükəsizlik xidmətinin 61 əməkdaşı həbs olunub


Bağdadda təhlükəsizlik xidmətinin onlarla əməkdaşı həbs olunub, onlar terrorda şübhəli bilinir. İraq ordusunun sözçüsü, general Qasım Atta «Frans Press» agentliyinə bildirib ki, 61 nəfər bazar günü paytaxtda baş verən iki partlayışa gör həbs edilib. Tutulanlar arasında təhlükəsizlik xidmətinin 11 yüksək səviyyəli zabiti də var.

Oktyabrın 25-də baş verən partlayış 153 nəfərin ölümü, 500-dən çox insanın yaralanması ilə nəticələnib.

Hadisəyə görə məsuliyyəti Əl-Qaidə ilə əlaqəli «İraqın islam dövləti» adlı sünni qruplaşma götürüb. Amma hökumət təhlükəsizlik xidmətini etinasızlıq və terrorçularla əlbir olmaqda günahlandırır
XS
SM
MD
LG