Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:52

Separatçı Cənubi Osetiyada 5 gürcü həbs edilib


Rusiyanın sərhəd keşikçiləri separatçı Cənubi Osetiyada 5 gürcünü həbs edib. Buna qədər isə daha 16 nəfər saxlanıb.

Gürcüstanın Daxili İşlər nazirliyinin sözçüsü Şota Utiaşvili deyib ki, 5 nəfər bazar ertəsi mübahisəli ərazidə tutulub. Utiaşvili hadisəni oğurluq kimi qələmə verib.

Rusiyanın sərhəd keşikçiləri buna qədər 16 gürcünü də sərhədi qanunsuz keçməkdə ittiham edərək həbs etmişdi.

Gürcüstanın XİN-yi tutulanların dərhal azad edilməsi tələbi ilə Rusiyaya nota verib.

Rusiya və Gürcüstan arasında münasibətlər ötən ilin avqustunda olan müharibədən sonra gərginləşib.

Rusiya Gürcüstanın hər iki separatçı regionunun – Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb.
XS
SM
MD
LG