Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

Pensiya yaşı və dünya standartları


«Bizim Yol»: Azərbaycanda orta ömür inkişaf etmiş ölkələrlə müqayisədə çox az olsa da, təqaüd yaşları eynidir

«Əmək pensiyaları haqqında» qanuna edilən əlavə və dəyişikliklərə birmənalı yanaşma yoxdur. Artıq yeni qanunla əmək pensiyasına çıxma yaşı qadınlarda 57-dən 60-a, kişilərdə isə 62-dan 63-ə qaldırıldı. Bu dəyişikliklərə nə dərəcədə ehtiyacın olduğunu ekspertlər dəyərləndirirlər. Biz isə başqa ölkələrdəki pensiya sistemi haqqında araşdırma aparıb Azərbaycandakı durumu müqayisə etdik.

MDB ölkələrindən təqaüd alanların 77 faizi yaşa görə əmək pensiyası alır. Artıq bəzi inkişaf etmiş ölkələrlə yanaşı, MDB ölkələrində də qanunvericilikdə əlavə və dəyişikliklər edilir. Məsələn, Rusiya yaxın günlərdə pensiyaya çıxma ilə bağlı yaş həddinin qaldırılmasını düşünür. Azərbaycan isə artıq Rusiyanı da qabaqlayaraq, bu həftə belə bir qərar qəbul etdi. Lakin qanunda dəyişiklik edən ölkələrə nəzər yetirdikdə, orada səhiyyənin yüksək inkişaf etməsi, insanların rifahının yaxşılaşdırılması nəticəsində orta yaş həddi yüksəlib. Habelə, həmin dövlətlərin əhalisində qocalma prosesi getdiyindən, pensiya yaşlı insanların sayı əmək qabiliyyətli insanların sayını ötüb. Bu balansı təmin etmək üçün yaş həddini yüksəltməyə məcburdurlar. Çünki bir sıra ölkələrdə pensiya yaşının artırılması ilə bağlı qanunvericilik aktında edilən dəyişiklik əmək bazarında işçi qüvvəsinin artmasına xeyli təsir edib.

«Yeni Azərbaycan»: İki qardaş ölkənin bayrağı qoşa dalğalanır

Geridə qalan anlaşılmazlıq Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlara dayanan siyasi xətt yürütməsinin alternativi olmadığını ortaya qoydu.

Azərbaycan və Türkiyə arasında “bayraq böhranı” başa çatdı. Bursada Azərbaycan bayraqlarını təhqir edənlərin cəzalandırılacağı barədə vədlər yerinə yetirildikdən sonra Azərbaycan tərəfi müsbət jest etdi. Artıq oktyabrın 27-sindən etibarən Bakıdakı Türk şəhidliyində hər iki ölkənin bayraqları yenidən qoşa dalğalanmağa başlayıb. Geridə qalan böhran Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlara dayanan siyasi xətt yürütməsinin alternativi olmadığını ortaya qoydu.

«Yeni Müsavat»: İsa Qəmbər Türkiyədə səfərdədir

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Türkiyəyə qısamüddətli səfərə yola düşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi son zamanlar regionda yaranmış yeni siyasi şərait və bunun ölkəmizdəki ictimai-siyasi duruma təsiri, Türkiyə-Azərbaycan münasibətlərinin qorunması və gücləndirilməsi zərurəti, Ermənistan-Azərbaycan konfliktinin həlli perspektivləri ilə bağlı müzakirələr aparmaq və Azərbaycandakı demokratik qüvvələrin mövqeyini Türkiyə xalqına çatdırmaqdır.

«Azadlıq»: «Azadlıq» blokunun dağılmasından söhbət gedə bilməz»

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Qarabağ və Respublika Uğrunda Hərəkatda yaşanan gərginliyin «Azadlıq» blokuna da sirayət etdiyini deyib.

«Azadlıq» blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Sərdar Cəlaloğlunun fikirlərinin reallığı əks etdirmədiyini bildirib. VİP sədrinin sözlərinə görə, «Azadlıq» blokunun dağılmasında söhbət gedə bilməz:

«Azadlıq» bloku illərin sınağından çıxmış bir təşkilatdır və hələ də monolitliyini qoruyub saxlayır. Çünki «Azadlıq» bloku siyasi birlik olmaqla yanaşı, həm də mənəvi birlikdir. Ona görə də Hərəkatda baş verən proseslərin fonunda «Azadlıq»da vəziyyət nəinki gərginləşib, əksinə blok bir daha imtahandan uğurla çıxıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG