Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 18:45

Bıçaqlanan futbolçuya qarşı ittiham irəli sürüldü


İngiltərənin "West Ham United" komandasının müdafiəçisi Kalum Davenporta qarşı ittiham irəli sürülüb.

26 yaşlı müdafiəçinin ayaqlarına avqustda öz evinin qarşısında 6 bıçaq zərbəsi endirmişdilər. Bundan sonra yalnız həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olmuşdu.

İndi isə həmin insidentdə onun özünü qarşı tərəfə hücum etməkdə günahlandırırlar.

Davenport ona qarşı ittiham irəli sürülməsindən məyus olduğunu bildirib və özünü günahkar saymadığını söyləyib.
XS
SM
MD
LG