Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:48

Azərbaycan futbolçuları İngiltərəyə 0-4 uduzdu


Oktyabrın 28-də Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin birinci qrupunda növbəti oyunlar olub.

Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan komandası İngiltərə millisinə 0:4 hesabı ilə məğlub olub.

İsmət Qayıbov adına stadionda keçirilən qrupun digər görüşündə Serbiya yığması Qazaxıstan millisinə 1:0 hesabı ilə qalib gəlib.

Oktyabrın 31-də qrupun son oyunlarında Azərbaycan yığması Qazaxıstan komandası, Serbiya milli kollektivi isə İngiltərə komandası ilə qarşılaşacaq.
XS
SM
MD
LG