Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:01

Bakıda günəş enerjisindən istifadə olunacaq


Sənaye və Energetika Nazirliyində “Bakı şəhərində günəş enerjisindən istifadə etməklə binaların mərtəbələrarası keçidlərinin, dəhlizlərinin, giriş qapısı və həyətyanı sahələrin işıqlandırılması üzrə” pilot layihəsinin müzakirəsi keçirilib. (AzərTAc)

Pilot layihə Sənaye və Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə sifarişi ilə “Total Enerji” şirkəti tərəfindən hazırlanıb.

Layihənin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yaşayış binası ayrılıb və onun damında hər birinin gücü 0,1 kilovatt olan 30 günəş batereyası quraşdırılacaq. Bu batereyalar - 40 +50 dərəcə tempraturda fəaliyyət göstərmək imkanına malikdir.

Oxşar layihənin Sumqayıt şəhərində də həyata keçirilməsi nəzərdə tutulub. Layihənin 2010-cu ildə daha bir neçə şəhərdə həyata keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG