Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

İki gün Bakı məktəblərində dezinfeksiya işləri aparılacaq


«Donuz qripi»nə qarşı profilaktik tədbirlər çərçivəsində oktyabrın 31 və noyabrın 1-i Bakı məktəblərində dezinfeksiya işləri aparılacaq. Bu barədə AzadlıqRadiosuna Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib.

O deyir ki, bununla bağlı onlar Bakı şəhər Gigeniya və Epdimologiya Mərkəzindən məktub alıblar. O eyni zamanda valideynlərə də tövsiyələrinin olduğunu bildirib.

Zəminə Əliqızı deyib ki, əgər uşaqlarında qripin əlamətləri varsa onları məktəblərə buraxmasınlar. İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri onu da deyib ki, bütün məktəblərdə tibb məntəqələri fəaliyyət göstərir və onlara artıq lazımı göstərişlər verilib.
XS
SM
MD
LG