Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Pakistanda bazarda güclü partlayış olub


Oktyabrın 28-də Pakistanın şimal-qərbində güclü partlayış olub.

Partlayışın Peşəvər şəhərinin mərkəzində - bazarda baş verdiyi və azı 5 nəfərin öldüyü, daha 35-nin xəsarət aldığı bildirilir.

Pakistan hökuməti bir müddətdir Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda talibana qarşı əməliyyat aparır. Bu əməliyyat başlayandan ölkədə yaraqlıların hücumlarının sayı da artıb.

Bu günkü partlayışdan bir neçə saat əvvəl isə ABŞ Dövlət katibi Hillari Klinton İslamabada səfər edib.
XS
SM
MD
LG