Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:20

Hillari Klinton Pakistandadır


ABŞ Dövlət katibi Hillari Klinton Pakistana gedib. Klinton iki ölkə arasında yeni səhifə açmaq niyyətində olduğunu deyib.

O, bildirib ki, son illər iki ölkə arasında əsas mövzu – terrorla mübarizə məsələsidir. Klinton - Pakistan hökumətinin bu sahədə işini yüksək qiymətləndirib.

Hillari Klintonun İslamabada səfərinin məqsədlərindən biri – Əfqanıstana əlavə qoşun göndəriləcəyi təqdirdə bu ölkənin dəstəyini almaqdır.

ABŞ Dövlət katibi Pakistanda 3 gün qalacaq.
XS
SM
MD
LG