Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Kabildə azı 6 BMT əməkdaşı ölüb


Kabildə oktyabrın 28-də səhər BMT-nin qonaq evinə hücum olub, azı 6 BMT işçisi ölüb.

Təşkilat bildirib ki, hücum zamanı əlavə 9 əməkdaşı da xəsarət alıb. Hadisəyə görə Taliban günahlandırılır. Taliban bildirir ki, bu noyabrın 7-də nəzərdə tutulan seçkilərə mane olmaq üçün atılan «ilk addımdır».

Əfqanıstanda bir həftədən sonra prezident seçkilərinin ikinci mərhələsi keçiriləcək.

Bu arada dünən Əfqanıstanın cənubunda 8 ABŞ hərbçisi ölüb. Oktyabr ayı – 8 ildir başlayan müharibədə Amerika qüvvələrinin ən çox itki verdiyi ay olub.

Ağ Evdən isə bildiriblər ki, oktyabrın 30-da prezident Barak Obama ABŞ-ın hərbi qüvvələrinin qərargah rəisi ilə Əfqanıstana əlavə qoşun göndərib-göndərilməyəcəyini müzakirə edəcək.
XS
SM
MD
LG