Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Cexiya Lissabon razılaşmasıyla bağlı qərarı gələn aya saxlayıb


Çexiyanın Konstitusiya Məhkəməsi Lissabon razılaşmasıyla bağlı qərarın qəbulunu noyabrın 3-dək təxirə salıb.

Lissabon razılaşmasında Avropa Birliyinin rəhbər strukturlarında islahatlar aparılması nəzərdə tutulur.

Prezident Vaslav Klaus deyib ki, razılaşmaya məhkəmənin qərarından sonra imza ata bilər.

Çexiya İkinci Dünya Müharibəsindən sonra Çexoslovakiyadan qovulmuş almanların mülkiyyətinin geri qaytarılmamasına Avropa Birliyindən təminat istəyir.

Lissabon razılaşmasını Avropa Birliyi ölkələrindən təkcə Çexiya imzalamayıb.

XS
SM
MD
LG