Rusiya prezidenti Dimitri Medvedev Mərkəzi Seçki Komissiyasını oktyabrın 11-də keçirilmiş regional seçkilərin gedişində ortaya çıxmış problemlərə diqqət yetirməyə çağırıb.
Medvedev MSK-nın sədri Vladimir Çurovla görüşdə deyib ki, komissiyanın gələcək fəaliyyətilə bağlı Federal Məclisə təkliflərini verəcək.
Çurov hazırda prokurorluqda seçkilərlə bağlı 200-ə yaxın müraciət olduğunu, onlarla işin məhkəməyə verildiyini deyib.
Dövlət Dumasında təmsil olunan bir sıra partiyanın liderləri bu yaxınlarda prezidentlə görüşərkən pozuntular barədə məlumatlar veriblər.