«Bosniya, Serbiya və Xorvatiyadan gətirilən işçilərin Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur. Bu onları bura gətirən xarici şirkətlərin öz problemidir».
Oktyabrın 27-də insan alverinə qarşı mübarizə üzrə Azərbaycanın milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov parlamentdə hesabat verərkən deputat Sabir Rüstəmxanlıya cavabında belə deyib. Onun sözlərinə görə bu məsələ artıq araşdırılıb. Məlum olub ki, həmin adamları bura xarici şirkətlər gətirib və indi də onları yeniləri ilə əvəz edirlər.
Sabir Rüstəmxanlının sözlərinə görə, Bosniya, Serbiya və Xorvatiyadan 700-dək 20-25 yaşlı adam fəhlə kimi işlədilmək üçün turist adı ilə Azərbaycana gətirilib. 10-12 nəfərlik qrup halında işlədilən bu adamlara əməkhaqqı verilmir. Hazırda onlar hissə-hissə ölkədən çıxarılırlar. Sabir Rüstəmxanlının dediyinə görə, əcnəbi fəhlələr əsasən Mingəçevir Olimpiya Kompleksinin tikintisində işlədilir.
Bu informasiyanı ilk dəfə olaraq AzadlıqRadiosu yayıb, radionun internet saytında bosniyalıların yaşadıqları evdən video-görüntü də yerləşdirilib.
İnsan alverinə qarşı mübarizə üzrə Azərbaycanın milli koordinatorunun hesabatında deyilir ki, 2009-cu ildə insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb 18 qrup, 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, ümumilikdə 65 cinayətkar ifşa edilib.
2005-ci ildən indiyədək insan alveri ilə bağlı Azərbaycanda 1185 nəfər məsuliyyətə cəlb olunub, 192 cinayətkar qrup, 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.
Hesabat parlamentdə qəbul olunub.