Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:13

AB Özbəkistana qarşı sonuncu sanksiyanı götürdü


Avropa Birliyi Özbəkistana qarşı sonuncu sanksiyanı da götürüb.

Oktyabrın 27-də Lüksemburqda görüşən Avropa Birliyin xarici işlər nazirləri bildirib ki, Özbəkistan hökumətinə qarşı silah embarqosu dayandırılıb. Bu addım ölkənin insan haqlarını düzəltmək və qanunun aliliyinin yaxşılaşdırılmasına həvəsləndirmək üçün atılıb.

Özbəkistana qarşı sankisiyalar 2005-ci ilin Əndicon hadisələrindən sonra qoyulmuşdu. Həmin vaxt yüzlərlə adam ölmüşdü.

Avropa Birliyi ötən il özbək rəsmilərinə qoyulan viza qadağasını da aradan götürüb.

XS
SM
MD
LG