Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13

Bankomatdan pul çıxaran qadınlara hücum edənlərə hökm oxunub


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gəncə şəhərində 52 təqaüdçünün təqaüdünü bankomatdan çıxaran qadınlara hücum edən 4 nəfərə hökm oxunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, bu il martın 20-də Şəmkir rayonunun Bayramlı kənd sakinləri Səmayə Əliyeva və Bənövşə Ələkbərova Gəncə şəhərində 52 nəfər həmkəndlilərinə məxsus təqaüdləri - ümumilikdə 3900 manatı bankomatdan çıxarıblar.

Bankomat aparatından uzaqlaşmaq istəyərkən Mehman Hüseynov, Anar İsmayılov, Ədalət Mustafayev və Ruzigar Məmmədov qadınların üstünə hücum çəkiblər. Üzlərinə gözyaşardıcı qaz püskürdərək qadınlardan birinin əlində olan çantanı alıb hadisə yerindən qaçıblar. Çantada təqaüdçülərə məxsus 3900 manat və 52 ədəd bankomat kartı olub.

Məhkəmənin hökmü ilə Mehman Hüseynova 7, Ədalət Mustafayevə 6, Ruzigar Məmmədovla Anar İsmayılovun hər birinə isə 5 il müddətinə həbs cəzası kəsilib.
XS
SM
MD
LG