Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 03:15

İnquşetiyada müxalifət fəalı qətlə yetirilib


İnquşetiyada müxalifət fəalı Makaşarip Auşev qətlə yetirilib. Naməlum şəxslər onun avtomobilinə atəş açıblar. Human Rights Watch təşkilatının direktor müavini Tatyana Lokşina deyib ki, bu qətl Şimali Qafqazda cəzasızlıq mühitinin hökm sürdüyünü göstərir.

İyul ayında tanınmış hüquq müdafiəçisi Natalya Estemirova Çeçenistanda oğurlandıqdan sonra İnquşetiyada onun ölüsü tapılmışdı. Avqustda isə yaralı uşaqlara kömək etməklə məşğul olan Zarema Sədullayeva və onun əri oğurlanaraq qətlə yetirilmişdi.


XS
SM
MD
LG