Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Co Bayden: «Cini şüşəyə qaytarmağa çalışıram»


Co Bayden
Co Bayden
«DÜŞÜNÜRƏM Kİ, MƏN BUNU HƏLL ETDİM»

Ağ Evin Rusiya ilə münasibətləri yaxşılaşdırması Vaşinqtonun Şərqi Avropadakı müttəfiqləri hesabına baş verməyəcək.

ABŞ-ın vitse-prezidenti Co Bayden əmindir ki, Vaşinqtonun Şərqi Avropadakı müttəfiqlərini buna inandıra bilib. O, Şərqi Avropaya üçgünlük səfəri çərçivəsində Çexiyanın paytaxtı Praqada AzadlıqRadiosuna müsahibə verib.

Bayden deyib ki, ABŞ administrasiyası Kremlə hər hansı bir ölkənin istədiyi alyansa qoşulmasına veto qoymasına imkan verməyəcək.

«ŞƏRQİ AVROPAYA ETİNASIZ DEYİLİK»


Vitse-prezident yada salıb ki, prezident Barak Obama Buş adminstrasiyasının Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirmək planından imtina edib. Onun Varşava, Buxarest və Praqaya səfərində məqsədi odur ki, Vaşinqtonun Moskva qarşısında kapitulyasiya etdiyi barədə narahatlıqları aradan qaldırsın.

Rəsmi Praqa oktyabrın 23-də bildirib ki, o, yeni raketdən müdafiə sistemində iştirak edəcək. Polşa isə razılığını həftənin əvvəlində bildirib.

«RUSİYAYA AÇIQ GÖZLƏ BAXIRAM»


Müsahibəsində vitse-prezident Rusiya, Cənubi Qafqaz, Əfqanıstan, Pakistan və İranda inkişaf məsələlərinə də toxunub:

«Mən Rusiyaya açıq gözlə, realist kimi baxıram. Gözlədiyim odur ki, Rusiya növbəti onillikdə qərara gələcək ki, onun maraqları daha çox birləşməyə söykənir. Bizim məhz dialoqu qüvvədə saxlamağa ehtiyacımız var. Amma müəyyən məqamlar var ki, bizimlə kompromis üçün keçərli deyil».

Bayden inanır ki, Moskva avtoritar qaydalarını və son onillikdə qarşıdurma yaradan xarici siyasətini qırağa qoyacaq.

«CƏNUBİ QAFQAZDA İNSANLARIN ŞƏXSİ MARAQLARI BÖYÜK ƏMƏKDAŞLIQDAN ASILIDIR»

Vitse-prezident Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə də toxunub:

«Mənim fikrimcə, Cənubi Qafqazda insanlar başa düşməyə başlayırlar ki, onların şəxsi maraqları hazırda böyük əməkdaşlıqdan asılıdır. Məhəbbətdən və bağlılıqdan yox, zərurətdən və imkanlardan».

Əfqanıstan haqda suallara cavabında isə vitse-prezident Həmid Kərzainin prezident seçkisinin ikinci turuna razılıq verməsini alqışlayıb. O, deyib ki, Kərzai onların yox, öz xalqının inamını qazanmalıdır:

«Düşünürəm ki, ikinci tura razılıq verməklə, o, bu prosesə start verib».

«O CİNİ ŞÜŞƏYƏ QAYTARIM»

Bayden Pakistanda «Taliban» və «əl-Qaidə»yə qarşı mübarizədə də irəliləyiş gördüyünü deyib. Onun fikrincə, nə qədər ki, Birləşmiş Ştatlar Pakistana ekstremizmlə mübarizədə kömək göstərməyi davam etdirir, Vaşinqtonun oraya əlavə qüvvə göndərmək planı yoxdur.

İranın nüvə silahı əldə etmə imkanları barədə danışarkən isə Bayden belə deyib:

«Mən, Amerika senatoru və vitse-prezident kimi bütün karyeramı ona həsr etmişəm ki, o cini şüşəyə qaytarım».
XS
SM
MD
LG