Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 23:02

Həmas Mahmud Abbasın qərarını qüvvəsiz sayır

Həmas qurupu prezident Mahmud Abbasın yanvarın 24-ə seçki təyin eləməsini pisləyib və bunun qanunsuz olduğunu bildirib.

Hazırda Qəzə bölməsinə nəzarət edən Həmas hesab edir ki, Mahmud Abbasın prezidentlik müddəti bitdiyindən o bu cür qərar verə bilməz.

Hakim Fəth hərəkatı ilə Həmas arasında milli barışıqla bağlı aparılan danışıqlar baş tutmadığına görə prezident Mahmud Abbas yanvarın 24-də ümummilli seçkilər keçiriləcəyini bəyan edib.

Hazırda İordan çayının qərb sahilinə Fəth, Qəzzə bölməsinə isə Həmas nəzarət edir.
XS
SM
MD
LG