Bu gün Əfqanıstanda rəsmi seçki kampaniyasına başlanıb.
Avqustun 20-də keçirilmiş prezident seçkilərində xeyli qanun pozuntusu aşkar edildiyinə görə noyabrın 7-də ölkədə təkrar seçki keçiriləcək.
Bu seçkilərdə indiki prezident Həmid Kərzaiylə onun əsas rəqibi,keçmiş xarici işlər naziri Abdulla Abdulla mübarizə aparacaq.
Seçkinin ikinci mərhələsində pozuntuların qarşısını almaq üçün bir çox seçki məntəqələrinin rəhbərləri dəyişdiriləcək.