Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

Ukraynada 6 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb


Ukraynada 2010-cu ilin yanvarında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün hələ ki 6 nəfərin namizədliyi irəli sürülüb. Bunlar bankir Serhiy Tihipko, hüquqşünas Oleh Ryabokon, keçmiş müdafiə naziri Anatoli Xristenko, keçmiş xarici işlər naziri Arseni Yatsenyuk və Kommunist Partiyasının lideri Petro Simonenkodur.

Regionlar Partiyası öz lideri Viktor Yanukoviçin namizədliyini irəli sürüb.

Oktyabrın 24-də baş nazir Yuliya Timoşenkonun öz namizədliyini irəli sürəcəyi gözlənilir. İndiki prezident Yuşşenko da vəzifəsində qalmaq istəyir.
XS
SM
MD
LG