Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Övladını öldürən ata ruhi xəstəxanaya göndərildi


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Zaqatala rayonunda 4 aylıq övladının başını kəsən Zaqatala rayon sakini Cəfər Zigilova hökm oxunub.

Məkəmə yoli ilə müəyyən edilib ki, Cəfər Zigilov bu il iyunun 26-da həyat yoldaşı ilə mübahisə etdikdən sonra mətbəx bıçağı ilə yatmış vəziyyətdə olan 4 aylıq qızı Arzunun başını kəsib.

Məhkəmə hesab edib ki, Zigilov hadisəni törədərkən anlaqsız vəziyyətdə olub. Təqsirləndirilən şəxsin Maştağadakı 1 saylı Ruhi-Əsəb Xəstəxanasında məcburi müalicə olunmasına dair qərar çıxarılıb.
XS
SM
MD
LG