Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:20

Tina Kaydanau ilə həbsdəki bloqqerlərin məsələsi müzakirə olunub


Bu, T.Kaydanaunun tutduğu postda regiona ilk səfəridir
Bu, T.Kaydanaunun tutduğu postda regiona ilk səfəridir
«ABŞ Dövlət katibinin köməkçisi Tina Kaydanau ilə görüşdə Azərbaycanda demokratikləşmə, insan haqları, media ilə bağlı məsələlər, o cümələdən həbs olunan bloqqerlərin məsələsi müzakirə olundu».

Bu sözləri AzadlıqRadiosuna politoloq Hikmət Hacızadə deyib.

Onun sözlərinə görə, Kaydanau Birləşmiş Ştatların Azərbaycandakı demokratikləşmə proseslərini nəzarətdə saxladığını deyib:

«Kaydanau bildirdi ki, Azərbaycanın demokratikləşməsi ABŞ üçün çox arzu olunandır. Biz bu məsələləri davamlı olaraq nəzarətdə saxlayırıq və yaranan problemlərin çözümünə çalışacağıq».

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau Bakıya 2 günlük səfəri çərçivəsində həm vətəndaş cəmiyyəti istitutlarının nümayəndələri, həm də rəsmi şəxslərlə görüşüb.

AzərTAc-ın yaydığı məlumata görə, prezident İlham Əliyev də ABŞ rəsmisini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu, T.Kaydanaunun tutduğu postda regiona ilk səfəridir.
XS
SM
MD
LG