Pakistandakı partlayışlarda 20 nəfərdən çox adam ölüb, onlarla adam yaralanıb.
İlk partlayışı intiharçı törədib, o, üzərindəki bombanı Karmadakı aviabazanın qarşısında partladıb.
Digər parlayış isə Mohmand bölgəsində toya gedən avtobusdakı 17 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında qadın və uşaqlar da var. Çox güman ki ikinci partlayış zamanı uzaqdan idarə olunan bombadan istifadə edilib.
Peşavar şəhərində isə bomba qoyulan maşının partladılması 8 nəfərin yaralanması ilə nəticələnib.
Bu partlayışların – hökumət qüvvələrinin islamçı yaraqlılara qarşı hücumlarına cavab olduğu güman edilir.