Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

ABŞ Roman Polanskinin ekstradisiyasını tələb edir


Amerika dünyaca məşhur rejissor Roman Polanskinin ekstradisiyası üçün İsveçrəyə rəsmi müraciət göndərib. Roman Polanski 31 il əvvəl Amerikada həddi-buluğa çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunur.

76 yaşlı rejissor sentyabrın 26-da Sürixdə həbs olunub. Rejissor Sürixə film festivalında iştirak etmək üçün gəlibmiş. Birləşmiş Ştatlar hadisənin 31 il əvvəl baş verdiyini əsas gətirərək rejissorun ekstradisiyasını tələb edir.

Onlarla kinomatoqrafçı da Roman Polanskinin azadlığa buraxılması tələbi ilə çıxış edib.
XS
SM
MD
LG