Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 09:11

Prezidentin oğlu vəzifə iddiasından geri çəkildi


Fransa prezidenti Nikola Sarkozinin oğlu 23 yaşlı Jan Sarkozi elan edib ki, Parisin maliyyə mərkəzi hesab olunan La Defans rayonunun idarə sədri vəzifəsinə iddiasından geri çəkilir.

Hüquqşünas ixtisası üzrə təhsil alan Jan Sarkozinin seçilmə imkanları ilə bağlı məlumatlar mətbuatda yayılan gündən cəmiyyətdə buna kəskin etirazlar yaranıb.

Jan Sarkozi isə onun haqqında yanlış məlumatların yayıldığını bildirib.

Prezidentin oğlu artıq digər rayonun – Neyinin şura üzvüdür.
XS
SM
MD
LG