Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:32

İran və böyük güc ölkələri rəsmi açıqlama verəcəklər


Bu gün gözlənilir ki, İranla Rusiya, Fransa və Birləşmiş Ştatlar rəsmi açıqlama verəcəklər. Söhbət İranın uranı zənginləşdirmək üçün ölkədən kənara göndərməsi ilə bağlı təklifə dair rəsmi cavabdan gedir. Bu barədə BMT-nin nüvə agentliyi məlumat yayıb. Birləşmiş Ştatların dəstəklədiyi təklif İranın nüvə silahı yaratmaq imkanlarını məhdudlaşdırmağı və qərbi İranın uranı zənginləşdirməsinin gizli nüvə silahı hazırlamaq məqsədi daşımadığına arxayın etməyi nəzərdə tutur.

Plana görə, İran uranı zənginləşdirmək ehtiyatlarını Rusiya və Fransaya göndərməlidir ki, ondan İranın tibbi nüvə cihazları üçün yanacaq hazırlansın. Həmin yanacaq nüvə silahı üçün yararlı olmayacaq.
XS
SM
MD
LG