Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Edam cəzası alan gənclərin əfvi üçün pul yığılır


İranda ölüm hökmünə məhkum edilən 4 gəncin vəkili edam hökmünün ləğvi üçün təcili şəkildə 200 min dollar toplamağa yardım edilməsini istəyib.

İnsan haqları müdafiəçisi Məhəmməd Mustafeyi bildirib ki, şəriətə görə qətlə yetirilən adamın ailəsi qətldə ittiham olunan adamları müəyyən məbləğ qarşılığında- qan pulu əvəzində başılamağa hazır olduğunu bildirib. Odur ki, vəkil də 4 gəncin bağışlanması üçün vəasiti toplamaq üçün hesab açıb.

Müxtəlif məlumatlara görə, İranda 1990-cı ildən bu yana 40 nəfər yetkinlik yaşına çatmayan şəxs edam edilib. İran qanunlarına görə, yetkinlik yaşına çatmayanlar törətdiyi cinayətə görə, edam cəzası alıbsa, 18 yaşı tamam olandan sonra edam olunmalıdırlar.
XS
SM
MD
LG