Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:28

Əfqanıstanda seçki bülletenləri bütün mümkün vasitələrlə daşınır


Birləşmiş Millətlər Təşkilatı – BMT Əfqanıstanda ikinci tur üçün seçki bülletenlərini paylamağa başlayıb. BMT-nin sözçüsü Den MakNorton deyib ki, bülletənlər əyalət mərkəzlərinə təyyarələrlə çatdırılıb, ordan isə maşınlar, vertolyotlar və eşşəklərlə seçki məntəqələrinə daşınacaq.

Əfqanıstanda president seçkilərinin ikinci turu noyabrın 7-nə təyin edilib. Seçkidə indiki president həmid Kərzai və keçmiş Xarici İşlər Naziri Abdullah Abdullah mübarizə aparacaq.

Avqustdakı seçkilərdən sonra Kərzai qalib gəldiyini elan etsə də, müstəqil komissiya seçki nəticələrini bir daha yoxladıqdan sonra ikinci turun keçirilməsinə qərar verib.
XS
SM
MD
LG