Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

İran Azərbaycanla viza rejimini ləğv etmək istəyir


Tehranda jurnalistlərin «İran Azərbaycan Respublikası ilə viza rejiminin bir tərəfli ləğv edəcəkmi?» sualını cavablandıran İran İslam Respublikası Xarici İşlər Naziri Manuçöhr Mottaki deyib : İran XİN bəzi ölkələrlə o sıradan Azərbaycan Respublikası ilə viza rejiminin ləğvi məsələsini hökumətin gündəminə gətirib.
Manuçöhr Mottaki əlavə edib ki: «Qanuni icazənin verilməsi barədə xahişi, Nazirlər Heyətinə təqdim etmişik və dövlətin təsdiqindən sonra, Azərbaycan Respublikası vətəndaşlarının viza almadan İrana daxil olmalarına şərait yaranacaq».

Manuçöhr Mottakinin bildirdiyinə görə rəsmi Tehran Azərbaycan Respublikasından da İran vətəndaşları üçün viza rejiminin ləğv olunmasını gözləyir.
Lakin bu baş verməsə də çox ehtimalla İran Azərbaycan Respublikası ilə viza rejimini bir tərəfli ləğv edəcək. /Səhər TV/
XS
SM
MD
LG