Yeni Müsavat: «Körpüdə «çat var» deyənin özündə çat var»
Cavid Qurbanov: «Elə bilirsiniz götürülən asfaltları harasa atırlar?».
«Azəryolservis»in şefi qəzetimizin əməkdaşına vəzifə təklif etdi.
«Azəryolservis» Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanovla söhbətin əvvəlində böhranın başlamasından sonra kənd yollarının təmirinin dayandırılmasının səbəbini soruşduq. C.Qurbanov isə cavabında asfaltın maya dəyərini konkret rəqəmlərlə çatdırdı, uzun, amma adi insanın da anlaya biləcəyi bir hesablama apardı, nəticəni belə gətirdi:
- Azərbaycanda bütün kənd yollarının tikilməsi üçün təqribən ən azı 15-20 il vaxt lazımdır. Onunçün də uzunmüddətli proqram qəbul olunmalıdır. Bəzən bizi xarici dövlətlərlə müqayisə edirlər. Niyə bizi Rusiya ilə, Gürcüstanla müqayisə etmirsiniz? Nədi, bir az neftimiz var? Rusiyanın, Türkmənistanın, Qazaxıstanın neft-qazı, pulu yoxdur? Niyə bizim yollarımız onların yollarından yaxşıdır? Onlar gəlib bizim yollara baxırlar, ağızlarını ayırıb gedirlər. Məəttəl qalırlar ki, iki-üç ilin içində bu qədər iş görmək olar? Biz yol tikintisi və təmiri göstəricilərinə görə bu saat MDB dövlətləri içində birinci yerdə gedirik. Hamısı da gəlib bizi nümunə göstərirlər. Rusiyanın nəqliyyat naziri Livitin öz iclasında deyir ki, gedin, Azərbaycandan yol tikməyi öyrənin. Bunlar faktdır.
Bizim yol: Qaz savaşında «Statoil» barmağı
Şirkət bütün kommersiya danışıqların aparılmasına cavabdeh olsa da məsuliyyəti üzərindən atıb.
Türkiyə ilə Azərbaycan arasında anlaşma noyabrda əldə oluna bilər
Bu məsələdə Türkiyədən başqa hamı tələsir. Avropa Birliyi ölkələri mümkün qədər tez qaz almağa çalışır, Azərbaycan qazına tez bazar tapmağa çalışır, xarici şirkətlər də pul qoyub pul qazanmağa tələsirlər.
«Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə-birinə - 30 faizinə satır. Hansı ölkə xüsusilə də indiki şəraitdə öz təbii ehtiyyatlarını başqasına bu qədər ucuz satmağa razı ola bilər?» - deyən prezident keçən ilin aprelindən indiyə qədər aparılan danışıqlarda tranzit məsələsində heç bir nəticənin əldə olunmadığını bəyan etmişdi: «Biz istəyirik ki, qazımızın qiyməti heç olmasa, Rusiya qazının qiymətindən
8-10 faizi qədər aşağı olsun, daha 50 faiz yox».
Azadlıq: Diaspor dəhşətləri
Milyonçu azərbaycanlıların qanlı müharibələri barədə qeydlər.
Hər gün itirdiyimiz insanlar və imkanlar.
Azərbaycan böyük sərvətləri olan ölkədir. Amma bu ölkənin ən böyük sərvəti olan insanlar dövlət qayğısından və müdafiəsindən məhrumdurlar. Arxasında dövlətin qayğısını və dəstəyini hiss etməyən azərbaycanlılar dünyanın heç bir ölkəsində ciddi təşkilatlar qura bilmirlər (Azərbaycanın daxilində isə təşkilatlanma dövlət səviyyəsində təqib edilir).
Bizim diasporumuzun yoxluğunun ən başlıca səbəbi də məhz, budur: Azərbaycan dövləti azərbaycanlılara sahiblik etmir, etmək istəmir. Dünyaya səpələnmiş azərbaycanlılar ümumi ideologiyadan məhrum olduqları üçün bütün imkan və bacarıqlarını bir-biri ilə intiriqalara, çılğın rəqabətə, hətta ölüb-öldürməyə sərf edirlər.
Yeni Azərbaycan:
Dövlət Neft Fondu son 3 ayda 1,5 milyard manatdan artıq gəlir əldə edib
Fondun aktivləri 2009-cu ilin sonuna kimi daha 1,5 milyard manat artaraq 14,5 milyard manata çatacaq.
Son aylarda dünya bazarında neftin qiymətinin artması Dövlət Neft Fondunun (DNF) maliyyə portfelinə öz müsbət təsirini göstərib və fondun gəlirlərində əhəmiyyətli dərəcədə artım baş verib. 2009-cu ilin son üç ayında fondun aktivlərinin həcmi 1 milyard 500 milyon manatdan çox artıb.
Dövlət Neft Fondunun icraçı direktoru deyib ki, qurum 2009-cu ildə nəzərdə tutulan bütün investisiya və sosial layihələri maliyyələşdirə bilib. Şahmar Mövsümovun fikrincə, son 9 ayda Neft Fondu 2009-cu il büdcəsinin icrası ilə bağlı 3 milyard 685 milyon manat vəsaiti dövlət büdcəsinə transfer edib.