Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Pakistanda daha 2 hərbçi ölüb


İslamabadda hərbi avtomobil atəşə tutulub, 2 pakistanlı əsgər ölüb.

Ölənlər - briqada komandiri və onun sürücüsüdür. Maşındakı üçüncü əsgər isə yaralanıb.

Məlumatda deyilir ki, motosikletdə olan silahlı şəxslər hərbi maşına atəş açıblar. Hücumla bağlı məsuliyyəti heç bir qurum öz üzərində götürməyib.

Bu arada Pakistan ordusunun Cənubi Vəziristanda Taliban yaraqlılarına qarşı əməliyyatları davam edir.

Yaraqlıların son 3 həftə ərzində hücumları zamanı 170-dən çox insan ölüb.
XS
SM
MD
LG